...

ABŞ Müdafiə Nazirliyi Los-Ancelesə əlavə 2 000 əsgər göndərib

Dünya xəbərləri Materials 19 İyun 2025 03:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Kaliforniyanın Los-Anceles bölgəsinə əlavə 2 000 Kaliforniya Milli Qvardiya əsgərinin göndərildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda qeyd olunur ki, bu qərar Prezident Donald Trampın müraciət etdiyi ABŞ qanunvericiliyinin 10-cu maddəsinə əsasən verilib. Əsgərlər "Böyük Los-Anceles bölgəsində federal funksiyaların, personalın və əmlakın qorunmasını təmin etmək" məqsədilə yerləşdiriliblər.

Yeni göndərilən hərbçilər artıq şəhərdə yerləşdirilmiş 2 100 Milli Qvardiya əsgəri və 700 dəniz piyadasına qoşulacaqlar.

Lakin bu qərar yerli və əyalət rəsmiləri tərəfindən sərt tənqid olunub. Onlar bildiriblər ki, yerli hüquq-mühafizə orqanları vəziyyəti idarə edə biləcək imkanlara malikdir və federal qoşunların şəhərə yerləşdirilməsi vəziyyəti daha da gərginləşdirib.

Qeyd edək ki, Kaliforniyanın baş prokuroru Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. O, Milli Qvardiya əsgərlərinin ştatın qubernatorunun razılığı olmadan Los-Ancelesə göndərilməsini “qanunsuz” adlandıraraq bu qərarın ləğv edilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti