...

"Real Madrid" və "Əl-Hilal" klublararası dünya çempionatında heç-heçə edib (ƏLAVƏ OLUNUB)

İdman Materials 19 İyun 2025 01:56 (UTC +04:00)
"Real Madrid" və "Əl-Hilal" klublararası dünya çempionatında heç-heçə edib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Klublararası dünya çempionatının H qrupunda İspaniyanın "Real Madrid" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandaları qarşılaşıb.

Trend xəbər verir ki, Mayamidə (Florida, ABŞ) keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Madrid təmsilçisinin heyətində Qonsalo Qarsiya, "Əl-Hilal"ın heyətində isə Ruben Neveş fərqlənib. Oyun dramatik anlarla yadda qalıb – "Real Madrid"in futbolçusu Federiko Valverde matçın son dəqiqələrində təyin olunan 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, H qrupunda bu iki klubla yanaşı, "Paçuka" (Meksika) və "Red Bull Zalsburq" (Avstriya) da mübarizə aparır.

XXX

23:00

"Mançester Siti" klublararası dünya çempionatında ilk oyununu keçirib.

Trend xəbər verir ki, G qrupunda yer alan "şəhərlilər" Mərakeşin "Vidad Ksasblanka" komandası ilə qarşılaşıblar.

Oyuna sürətli başlayan ingilislər artıq 2-ci dəqiqədə hesabı açıb. Fərqlənən futbolçu Fil Foden olub. Birinci hissənin sonlarına doğru "Vidad"ın oyunçusu Ceremi Doku ikinci qolunu vurub. Lakin "Mançester Siti" sonadək üstünlüyünü qoruyaraq matçı 2:0 hesabı ilə qazanıb.

Qeyd edək ki, qrupun digər oyununda İtaliyanın "Yuventus" komandası BƏƏ-nin "Əl-Ayn" komandası ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti