...

Paytaxtda oğurluq edənlər saxlanılıb

Gündəm Materials 18 İyun 2025 12:41 (UTC +04:00)
Paytaxtda oğurluq edənlər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evlərin birindən oğurluq olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək evindən ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və nağd pulun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmiş N.Yusubov saxlanılıb.

Nizami rayonunda isə kafelərin birindən 261 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 25 yaşlı Ş.Xudaverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti