Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 65,1 min ton polad boru istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 min ton və ya 34,5% çoxdur.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,4 min ton təşkil edib.
Qeyd edək ki, ölkədə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-may aylarında 495,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 9,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.