...

Azərbaycan maye qazların istehsalını 12%-dən çox artırıb

İqtisadiyyat Materials 18 İyun 2025 14:26 (UTC +04:00)
Azərbaycan maye qazların istehsalını 12%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda 92,6 min ton maye qazlar istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 min ton və ya 12,2% çoxdur.

Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə 82,5 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,6 min ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti