Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55,6 min ton və ya 56,6 dəfə çoxdur.
Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 1 min ton mazut istehsal olunmuşdu.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,9 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.