Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlar, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Çaykənarı kəndində növbəti səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər kəndlərarası yolun təmiri, elekltrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və yeni məktəb binasının tikintisi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.