Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər gün zəngləşirəm.
Trend xəbər verir ki, bunu Ağ Evin rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, israilli baş nazirə İrana qarşı siyasətini davam etdirməyi məsləhət görüb:
"Mən ona dedim: "Davam edin".
Bununla belə, Tramp İsrailə böyük miqdarda hərbi yardım verib-verməyəcəyinə əmin olmadığını vurğulayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.