...

Cari ilin ilk 5 ayında Azərbaycan 17 ölkəyə 10,4 milyon ton neft satıb - SİYAHI

Energetika Materials 18 İyun 2025 17:49 (UTC +04:00)
Cari ilin ilk 5 ayında Azərbaycan 17 ölkəyə 10,4 milyon ton neft satıb - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 3,088 milyard ABŞ dolları dəyərində 5,731 milyon ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın bu ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti