...

Xəzər dənizindən keçəcək fiber-optik kabel xətti Qazaxıstan və Azərbaycanın rəqəmsal transformasiyasının hərəkətverici qüvvəsi olacaq - Analitiklər

İqtisadiyyat Materials 18 İyun 2025 16:28 (UTC +04:00)
Xəzər dənizindən keçəcək fiber-optik kabel xətti Qazaxıstan və Azərbaycanın rəqəmsal transformasiyasının hərəkətverici qüvvəsi olacaq - Analitiklər
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan və Azərbaycan arasında həyata keçiriləcək fiber-optik rabitə xəttinin (FOCL) birgə layihəsi – "Rəqəmsal İpək Yolu" hər iki ölkənin iqtisadi modernləşməsi və rəqəmsal transformasiyası baxımından kritik əhəmiyyət daşıyacaq.

Trend xəbər verir ki, bu haqda Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) birgə hesabatında deyilir.

Mütəxəssislərin fikrincə, FOCL layihəsi telekommunikasiya marşrutlarını şaxələndirməyə, şəbəkələrin bolluğunu və dayanıqlılığını təmin etməyə, gecikmələri azaltmağa və ötürmə qabiliyyətini artırmağa imkan verəcək ki, bu da Qazaxıstan və Azərbaycanın rəqəmsal iqtisadiyyatlarını dəstəkləmək üçün mühüm olacaq. Layihənin icrası fintex, bulud texnologiyaları və süni intellekt kimi sahələrin inkişafına zəmin yaradacaq.

Bu prosesdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası (ƏAİZ), həmçinin, layihənin reallaşdırılmasında əsas rol oynaya biləcək Qazaxıstanın azad iqtisadi zonası xüsusi əhəmiyyətə malik olacaq.

FOCL layihəsinin tikintisi 2025-ci ilə planlaşdırılıb. Kabelin uzunluğu təxminən 380 kilometr olacaq, ötürmə qabiliyyəti isə saniyədə 400 terabitə qədər çatacaq. Layihəyə yönəldiləcək ümumi sərmayənin ilkin qiymətləndirilməsi 50 milyon ABŞ dollarından çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti