Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 48,879 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 13,6% azdır.
Hesabat dövründə muxtar respublikadan 4,744 milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da ötən ilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,3% çoxdur.
Eyni zamanda cari ilin ilk beş ayında muxtar respublikaya 44,134 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu isə illik müqayisədə 15,5% azalma deməkdir.
