...

Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillər üzrə yeni yaşayış sahələri alınacaq – 214 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 18 İyun 2025 17:34 (UTC +04:00)
Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillər üzrə yeni yaşayış sahələri alınacaq – 214 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri alacaq.

Trend-in əldə etdiyi məlumata görə, İKZF artıq bununla bağlı müvafiq işlərə start verib.

Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq, yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək. Alınacaq yaşayış sahələri 100 min kvadrat metr (m²) həcmində olacaq. Bunun müqabilində İKZF 213 666 666 manat vəsaitin sərf ediləcəyini proqnozlaşdırıb.

Bildirilir ki, iştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti