Bakı. Trend:
İranın hüquq mühafizə orqanları naməlum şəxslərdən ibarət qrupun Tehranın cənubda yerləşən Rəy şəhərində planlaşdırdığı terror aktlarının qarşısını alıb.
Trend xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, qruplaşmanın İsrail kəşfiyyatı – “Mossad”la əlaqəli olduğu ehtimal edilir.
Qeyd olunur ki, yerli polisin keçirdiyi əməliyyatın gedişində bütün təhdidlər uğurlu şəkildə aradan qaldırılıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.