Bakı. Trend:
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Məlumata görə, Milli Təhlükəsizlik xidmətinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MTX direktorunun müavini Andranik Simonyana həvalə olunub.
Qeyd edək ki, Armen Abazyan Ermənistan MTX direktoru vəzifəsində 8 noyabr 2020-ci ildə təyinat almışdı.