Bakı. Trend:
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.
Məlumata əsasən, Noem təcili yardım maşını ilə Vaşinqtondakı xəstəxanaya çatdırılıb. Bildirilir ki, onun huşu yerindədir və artıq təhlükəsizlik əməkdaşları ilə əlaqə saxlayıb.
Nazirin xəstəxanaya yerləşdirilməsinin səbəbi barədə hələlik açıqlama verilməyib.