Bakı. Trend:
İranın Ali dini lideri Ayətullah Əli Xamenei İsraili növbəti dəfə təhdid edib.
Trend xəbər verir ki, o, bu barədə müavafiq postu “X” sosial şəbəkə hesabında paylaşıb.
Xamenei İsraillə yaşanan hərbi münaqişənin “ikinci fazasının” başlanıldığını və heç bir mərhəmət edilməyəcəyini elan edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.