...

Xameneyi ABŞ-ni təhdid edib

Dünya xəbərləri Materials 18 İyun 2025 15:11 (UTC +04:00)
Xameneyi ABŞ-ni təhdid edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın ali lideri ayətullah Əli Xameneyi ABŞ-ni təhdid edib. O bildirib ki, Vaşinqton İsrailin İslam Respublikasına qarşı təcavüzünə qoşulmağa qərar versə, bu, Birləşmiş Ştatlar üçün bərpaolunmaz fəsadlarla nəticələnəcək.

Trend bu barədə İran KİV-ə istinadən xəbər verir.

“Hikmətli insanlar – İranı, onun xalqını və tarixini tanıyanlar – bu ölkə ilə heç vaxt hədə dili ilə danışmaz, çünki İran xalqı heç vaxt təslim olmur. Amerikalılar bilməlidirlər ki, ABŞ hər hansı hərbi müdaxilə nəticəsində, şübhəsiz ki, bərpaolunmaz ziyan görəcək”, – deyə o, xalqa müraciətində bildirib.

Xameneyinin sözlərini onun mətbuat xidməti yayıb.

Qeyd olunub ki, İranın ali lideri bu fikirləri ABŞ prezidenti Donald Trampın son açıqlamalarına cavab olaraq səsləndirib. Ağ Ev rəhbəri bundan əvvəl Tehrandan “dərhal təslim olmağı” tələb etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti