...

QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Fəxri xiyabanı ziyarət edib (FOTO)

Siyasət Materials 18 İyun 2025 10:10 (UTC +04:00)
QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Fəxri xiyabanı ziyarət edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər.

Trend xəbər verir ki, qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

QDİƏT PA 65-ci plenar sessiyasının iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti