...

İran İsrailin daha bir F-35 qırıcısını vurub

Dünya xəbərləri Materials 18 İyun 2025 10:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Hava Hücumlarından Müdafiə qüvvələri Vəramin şəhərinin Cavadabad rayonu üzərində İsrail ordusunda məxsus daha bir F-35 qırıcısını vurub.

Trend IRNA agentliyinə istinadən xəbər verir ki, bunu şəhər inzibati idarəçiliyinin nümayəndəsi Hüseyn Abbasi açıqlayıb.

Qeyd edilir ki, vurulan F-35 qırıcısı Vəramin yaxınlığında yerə çırpılıb.

O bildirib ki, təhlükəsizlik xidməti və hərbçilər hazırda detalları araşdırır və yaxın zamanda əlavə informasiya veriləcək.

Xatırladaq ki, bundan əvvəl, iyunun 16-da rəsmi Tehran Təbriz üzərində İsrailin sayca 4-cü F-35 qırıcısının məhv edildiyi bəyan etmişdi.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti