...

U-17 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək

İdman Materials 18 İyun 2025 04:18 (UTC +04:00)
U-17 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək

Bakı. Trend:

Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürəcək.

Trend xəbər verir ki, liqada 94 klub və idman cəmiyyətindən olan 816 cüdoçu (651 oğlan, 165 qız) mübarizə aparacaq.

Yeniyetmə cüdoçular 16 çəki dərəcəsində medalçıları müəyyənləşdirəcəklər. Turnirə ayın 20-də yekun vurulacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.

Xəbər lenti

Xəbər lenti