Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda 938 min ton qazoyllar (dizel yanacağı) istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,6 min ton və ya 4,3% azdır.
Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 980,6 min ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 158,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.