...

Qloballaşan dünyada dövlətin və cəmiyyətin sabit inkişafı üçün qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir - Sədr

Cəmiyyət Materials 18 İyun 2025 11:20 (UTC +04:00)
Qloballaşan dünyada dövlətin və cəmiyyətin sabit inkişafı üçün qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir - Sədr
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ombudsman təsisatı insan hüquq və azadlıqlarının qorunması, onların təmini vəziyyətinin araşdırılması, bu sahədə mövcud çatışmazlıqların aşkar edilməsi, pozulmuş hüquqların bərpası, həmçinin əhali arasında hüquqi maarifləndirmə işinə öz mühüm töhfəsini verir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu gün keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O bildirib ki, qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik və sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir.

"Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi bir sıra dövlət orqanlarının ümumi, ortaq məqsədidir. Bu mühüm məqsədlərə nail olmaq üçündövlət hakimiyyət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir. Belə ki, dövlət hakimiyyəti orqanlarının, qurumlarının, o cümlədən müxtəlif instansiya məhkəmələrinin fəaliyyətini bir-birindən təcrid edilmiş şəkildə təsəvvür etmək qeyri-mümkündür. Fikrimcə, birgə fəaliyyət, əməkdaşlıq effektiv nəticələrin əldə edilməsinin vacib faktorlarından biridir".

"Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq qeyd etmək istərdim ki, bu cür qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir. Belə ki, Ombudsman təsisatı tərəfindən Konstitusiya Məhkəməsinə verilən sorğular insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca səmərəli vasitə olmaqla, bu sorğular əsasında qəbul edilmiş Plenumun qərar və qərardadları həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır.
Ümumilikdə, bu günə qədər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 25 qərar və 7 qərardadqəbul edilib. Həmin qərarlarda müvafiq qanunvericilik normalarının Konstitusiyaya uyğunluğu baxımından təhlili aparılmış, onlara hüquqi qiymət verilmişdir. Bəzi hallarda hüquq tətbiq edici orqanlar üçün müəyyən praktiki istiqamətlər müəyyən edilmişdir. Ümid edirəm ki, biz yaranmış faydalı işbirliyimizi davam etdirəcəyik",- deyə Fərhad Abdullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti