Bakı. Trend:
Rəqibimin Rafael Fiziyev olacağına çox sevinirəm. Biz hər ikimiz ayaqüstə döyüşməyə üstünlük veriri, belə olanda isə döyüş daha möhtəşəm olur.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku” iştirakçısı , çilili MMA döyüşçüsü İqnasio Baxamondes söyləyib.
“Mən Fizievin döyüşlərini diqqətlə təhlil etmişəm – o, həqiqətən güclü və texnikalı döyüşçüdür, amma əminəm ki, mən ondan daha üstunəm. O, son üç döyüşünü uduzub və şübhəsiz ki, Bakıda doğma azarkeşləri qarşısında özünü bərpa etmək istəyəcək.
Çili ənənəvi olaraq futbol ölkəsi hesab olunur, lakin son illərdə bu sahədə ciddi uğurlar yoxdur. Hazırda bütün ölkə Bakıda mənim qələbəmi gözləyir. Bu, təkcə şəxsi nailiyyət olmayacaq, eyni zamanda gənclərə qarışıq döyüş sənətləri (MMA) ilə məşğul olmaq üçün ilham verəcək”, – deyə Baxamondes bildirib.
Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntree arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.
İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.
Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:
Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtes Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)