...

Növbəti köç karvanı Ağdərənin Vəngli və Həsənriz kəndlərinə çatıb (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2025 15:09 (UTC +04:00)
Növbəti köç karvanı Ağdərənin Vəngli və Həsənriz kəndlərinə çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 12-də Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun VəngliHəsənriz kəndlərinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün yeni evlərinin açarlarını təhvil alıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 74 nəfərdən ibarət 16 ailə, Vəngli kəndinə isə 76 nəfərdən ibarət 16 ailə köçürülüb.

Açarların təqdimetmə mərasimindən öncə Ümumilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, sakinlərə kənddə bütün zəruri infrastrukturun tam şəkildə hazır olduğu və onların rahat yaşayışı üçün su, qaz, elektrik xətləri, yüksək sürətli internet şəbəkəsinin çəkildiyi, yol infrastrukturunun yeniləndiyi barədə məlumat verib.

Qeyd edək ki, köç prosesinin mərhələli şəkildə davam etdirilməsi, bölgəyə həyatın tam qayıdışını təmin edəcək.Bu gün daha 32 ailənin öz evlərinə qayıtması Böyük Qayıdışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti