Bakı. Trend:
Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatlatın və sənədlərin verilməsi qaydası dəyişir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilən qanun layihəsində öz əksini tapıb.
Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin statusunun rezidentlik dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlarvə sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.
Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sə sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların və sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.
