Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 184,2 milyon kVt-saat elektrik enerjisi istehsal edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 milyon kVt-saat və ya 18,5% çoxdur.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-may aylarında 1,518 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 252,9 milyon manat təşkil edib.