...

Kəngərli rayonuna prokuror təyin edildi

Cəmiyyət Materials 18 İyun 2025 16:23 (UTC +04:00)
Kəngərli rayonuna prokuror təyin edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna prokuror təyin edilib.

Trend xəbər verir ki, Baş Prokurorun əmrilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İlqar Rzayev əvvəllər Naxçıvan şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.

Xəbər lenti

Xəbər lenti