...

Bakı öz gözəlliyi və qonaqpərvərliyi ilə məni valeh etdi - Camal Hill

İdman Materials 18 İyun 2025 15:58 (UTC +04:00)
Bakı öz gözəlliyi və qonaqpərvərliyi ilə məni valeh etdi - Camal Hill
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı öz gözəlliyi və qonaqpərvərliyi ilə məni valeh etdi.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku” iştirakçısı, amerikalı MMA döyüşçüsü Camal Hill deyib.

“İlk dəfə Bakıda olmaq mənə çox xoşdur. Gəldiyim andan – aeroportdan ta şəhər mərkəzinə kimi - Azərbaycan paytaxtının gözəlliyi və buradakı səmimi qonaqpərvərlik məni valeh etdi. Bu, mənim üçün xoş bir gözlənilməzlik oldu”, - deyə amerikalı döyüşçü bildirib.

Xəlil Rauntri Cuniorla qarşıdakı döyüşündən söz açan Camal Hill qarşılaşmanın çox ağır olacağını, ancaq onun qələbə çalmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa)

Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya)

Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya)

Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya)

Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya)

Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya)

Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili)

Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xəlil Rauntri C. (14-6-0, ABŞ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti