...

Azərbaycanın xarici ticarət dövriyyəsi 14%-ə yaxın artıb

İqtisadiyyat Materials 18 İyun 2025 17:38 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 14%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.

Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti