Bakı. Trend:
İranın İsrailə ilk dəfə atdığı "Siccil" raketinin xüsusiyyətləri açıqlanıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
2 min kilometrlik radiusa malik raketin ilk dəfə 2008-ci ildə təqdimatı keçirilib. İki mərhələli quru yanacaqdan istifadə edən raketin uzunluğu 17.5 metr, eni 1,7 metrdir.
Raketin ümumi çəkisi təxminən 23 ton, raket başlığının çəkisi 500 kiloqramdır.