...

U-21 Avropa çempionatında qrup mərhələsi başa çatdı

İdman Materials 19 İyun 2025 04:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qrup mərhələsi yekunlaşıb.

Trend xəbər verir ki, Slovakiyanın ev sahibliyi etdiyi turnirdə ciddi sürpriz qeydə alınmayıb. Favorit komandalar qrup mərhələsində gözlənildiyi kimi uğurlu çıxış edərək növbəti mərhələyə – pley-offa vəsiqə qazanıblar.

1/4 finalda maraqlı qarşılaşmalar gözlənilir. İspaniya yığması son çempion İngiltərə ilə, Almaniya güclü İtaliya ilə, Portuqaliya Niderland ilə, Fransa isə Danimarka ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off matçları iyunun 21-də və 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti