...

6 500 nəfər könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb edilib - Fərid Məmmədov

Cəmiyyət Materials 19 İyun 2025 10:48 (UTC +04:00)
6 500 nəfər könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb edilib - Fərid Məmmədov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

DOST könüllüsü olmaq üçün ötən dövrdə 150 mindən çox müraciət qeydə alınıb.

Trend xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, 6500 nəfər könüllü kimi müxtəlif DOST mərkəzlərində fəaliyyətə cəlb edilib.

“DOST to DOST” layihəsi könüllü gənclərin əmək hüquqları kimi mühüm bir sahə ilə bağlı məlumatlılığının artırılmasına da töhfə verir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti