Bakı. Trend:
Bu ilin sonuna cari əməliyyatlar balansının (CƏB) 4 milyard ABŞ dollarına bərabər olacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə deyib.
O, əvvəlki konfranslarda da AMB-nin 2025-ci il üzrə cari əməliyyatlar balansının profisitinin təxminən 4 milyard ABŞ dolları civarında olacağını proqnozlaşdırdığını xatırladıb: “Ümumilikdə, proqonozlarımızda emissiyanın daha çox yuxarı olma ehtimalı var. Konkret olaraq amillərə baxdıqda qeyd edə bilərik ki, qazın qiymətində bir qədər yüksəliş dinamikası müşahidə edirik”.
“Ancaq yenə də qeyd emək istərdim ki, hər hansı bir dəyişiklik olacağı halda əvvəlcədən ictimaiyyəti məlumatlandırırıq. Hazırda bu ilin sonuna cari əməliyyatlar balansının (CƏB) profisitinin 4 milyard ABŞ dollarına bərabər olacağı gözlənilir”, - deyə baş direktor qeyd edib.