...

Bakıda aliment borcu olan vətəndaş həbs olunub

Hadisə Materials 19 İyun 2025 12:59 (UTC +04:00)
Bakıda aliment borcu olan vətəndaş həbs olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 4090 manat aliment borcu yaranan şəxs həbs edilib.

Trend-in məlumatına görə, iddiaçı və təqsirləndirilən şəxsin 1 iyun 2019- cu il tarixdə əkiz uşaqları olub, lakin uşaqlardan biri rəhmətə gedib, digər övladları isə 1-ci qrup görmə məhdudiyyətli dünyaya gəlib.

İddiaçı bildirib ki, uşaq görmə məhdudiyyətli olduğundan təqsirləndirilən şəxs uşaqdan imtina edib görmə məhdudiyyətli uşağı istəmədiyini bildirib. Həmçinin ona uşağı xəstəxanaya aparmağı və orada heç kim bilmədən iynə vurdurmağı, uşağı tələf etdirməyi təklif edib. O keçmiş həyat yoldaşı ilə razılaşmayıb, buna görə də təqsirləndirilən şəxs evi tərk edib. Bundan sonra uşağını götürüb, öz ata evinə qayıdıb və uşağa özü təkbaşına baxıb. Təxminən 3 il, 2 ay müddət uşağın müalicəsi ilə məşğul olduğundan aralarında boşanma olmayıb. 2023-cü ilin aprel ayının 28-də məhkəmə yekunlaşmış və onların nikahı pozulub. Alimentin ilkin olaraq sənədlər məhkəməyə verildiyi vaxtda, yəni 2021-ci ilin noyabr ayında 220 manat olaraq müəyyən edilib, daha sonra iş yekunlaşan zaman isə əlavə olaraq da 200 manat uşağın xəstəlik xərcləri üçün aliment tutulub. Aliment 220 manat olan vaxtlar təqsirləndirilən şəxs ödənişi icra edib, hal-hazırda isə heç bir ödəniş etmir. Sonuncu dəfə təqsirləndirilən şəxs inzibati həbs edildikdən sonra, yəni 2024-cü ilin mart ayında 500 manat və 200 manat olmaqla ödəniş edib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti