...

İranda SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin olunub

Dünya xəbərləri Materials 19 İyun 2025 12:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və İsrail arasında eskalasiyaların davam etməsi fonunda İranın ali lideri ayətullah Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarına yeni komandan təyin edib.

Trend bu barədə Tasnim xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu vəzifəyə briqada generalı Məhəmməd Kərəmi təyin olunub.

Xameneyinin təyinatla bağlı sərəncamında yeni komandanın hərbi təcrübəsi vurğulanaraq, ondan SEPAH Quru Qoşunlarının bütün sahələr üzrə imkanlarının və hazırlıq səviyyəsinin artırılması üçün səylər göstərməsi tələb olunub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti