...

Kahramanmaraşda mədəni və sosial həyatın yeni mərhələsi başlayır - Şəhər meri

Cəmiyyət Materials 19 İyun 2025 16:36 (UTC +04:00)
Kahramanmaraşda mədəni və sosial həyatın yeni mərhələsi başlayır - Şəhər meri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kahramanmaraş. Trend:

Kahramanmaraşda mədəni və sosial həyatın yeni mərhələsi başlayır.

Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Kahramanmaraşın meri Fırat Görgel Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin təntənəli açılış mərasimində bildirib.

“Azərbaycan məhəlləmizdə inşa ediləcək mədəniyyət mərkəzi ilə şəhərimizin ruhunu yeniləyəcəyik. Bu, incəsənət, ədəbiyyat və azad fikir ilə zənginləşəcək yeni sosial həyatın başlanğıcı olacaq”, – deyə mer vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəd etdiyi kimi, Kahramanmaraşda yeni müasir stadion da inşa olunacaq.

“Hörmətli Prezidentimizin vədinə uyğun olaraq şəhərimizdə yeni stadionun tikintisinə yaxın aylarda başlanacaq. Artıq iyun ayında Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, eləcə də, Gənclər və İdman Nazirliyinin iştirakı ilə layihənin icrası üzrə tender keçiriləcək”, – deyə Görgel bildirib.

O əlavə edib ki, tender bələdiyyənin təşəbbüsü ilə həyata keçiriləcək və nəticədə Kahramanmaraş daha bir simvolik idman obyektinə sahib olacaq. “Kahramanmaraşa daha bir müasir incini bəxş edəcəyik. Bu layihənin gerçəkləşməsinin şahidi olacağıq və bu, şəhərimizin idman və mədəni infrastrukturunu daha da gücləndirəcək”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti