...

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib

Gündəm Materials 19 İyun 2025 14:42 (UTC +04:00)
BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb və onlar ailələrindən bağlamalar alıb.

“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti