Ağdam. Trend:
Ağdamda 5 ton yabanı çətənə kolu aşkarlanıb və məhv edilib.
Trend xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində işğaldan azad olunmuş Cinli və Xaçındərbənd kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Ümumi çəkisi 5 ton olan 3000-ə yaxın çətənə kolu yandırılaraq məhv edilib.