...

"Wizz Air Abu Dhabi" Qəbələdən Əbu-Dabiyə birbaşa aviareyslər açıb

İqtisadiyyat Materials 19 İyun 2025 12:58 (UTC +04:00)
"Wizz Air Abu Dhabi" Qəbələdən Əbu-Dabiyə  birbaşa aviareyslər açıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Wizz Air Abu Dhabi” aviaşirkəti rəsmi olaraq Qəbələdən Əbu-Dabiyə ilk birbaşa reys açaraq, öz Azərbaycandakı fəaliyyətini genişləndirib və bu marşrut üzrə uçuşlar həyata keçirən yeganə loukoster-aviadaşıyıcıya çevrilib.

Trend xəbər verir ki, Qəbələ, Bakından sonra “Wizz Air”in Azərbaycanda ikinci istiqaməti olub. Uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçirilir. Bir istiqamət üzrə bilet qiymətləri 24,99 ABŞ dollarından başlayır. Biletləri aviaşirkətin rəsmi saytından və mobil tətbiqindən əldə etmək mümkündür.

Şirkət bildirir ki, yeni marşrut nəqliyyat əlçatanlığını yaxşılaşdıracaq, turizmin inkişafına dəstək verəcək və Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mədəni mübadiləyə töhfə vermiş olacaq.

“Wizz Air”in kommersiya şöbəsinin rəhbəri Tamara Vallua qeyd edib ki, birbaşa hava rabitəsinin açılması regionda iqtisadi artım üçün əlavə imkanlar yaradacaq və Azərbaycanın şimal bölgələri ilə Əbu-Dabi arasında səfərləri asanlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti