...

İran İsrailə hücumları fasiləsiz şəkildə davam etdirəcək

Dünya xəbərləri Materials 19 İyun 2025 12:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehran İrana təcavüz etmiş İsrailə aid istənilən hədəfə fasiləsiz şəkildə hücumlar edəcək və biz bunun üçün qarşımızda heç bir məhdudiyyət görmürük.

Trend xəbər verir ki, bunu İslam Respublikasının Silahlıq Qüvvələrinin baş qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi bildirib.

Məlumata əsasən, Musəvi ötən gün İslam inqilabı keşikçiləri korpusunun Hava-Kosmik Qüvvələrinin hərbi bazalarından birinə baş çəkərək, şəxsi heyətin hərbi hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti