...

İran Hayfa və Təl-Əvivdəki obyektləri vurub

Dünya xəbərləri Materials 19 İyun 2025 19:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsrailin Hayfa və Təl-Əviv şəhərlərindəki hərbi hədəflərə və hərbi sənaye ilə bağlı sənaye mərkəzlərinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə IRIB dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran İsrailə yeni zərbələr dalğası zamanı Hayfa və Təl-Əvivdə raket əleyhinə kompleksləri məhv etmək üçün 100-dən çox pilotsuz uçuş aparatından istifadə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti