Bakı. Trend:
Bu ilin ilk rübündə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına 315 milyon dollar pul yönəldilib. Ötən ilə nisbətən bu göstərici 15 milyon dollar azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 330 milyon dollar pul yatırmışdı.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, ötən il ölkəyə 294,4 milyon dollar həcmində pul baratları daxil olmuşdursa, bu il bu göstərici 229,5 milyon dollara bərabər olub. Beləliklə, 2024-cü ilin birinci rübü ilə müqayisədə bu göstərici 22,1% azalıb.