Bakı. Trend:
Bu ilin birinci rübündə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,347 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin birinci rübündəki göstərici ilə müqayisədə sözügedən maliyyə korporasiyasından Azərbaycan iqtisadiyyatına investisiyalar 262 min ABŞ dolları və ya 16,3% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Beynəlxalq Maliyyə Korporasiyasın yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin birinci rübündə Beynəlxalq Maliyyə Korporasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,609 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.