...

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Cəmiyyət Materials 19 İyun 2025 10:55 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilib.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 iyun tarixində əlavə qatar reysləri təyin edir:

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti