...

Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 1 milyard dolları ötüb

İqtisadiyyat Materials 19 İyun 2025 13:53 (UTC +04:00)
Azərbaycanın qarşılıqlı nəqliyyat xidmətlərinin dövriyyəsi 1 milyard dolları ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.7 milyard ABŞ dolları təşkil edib. Qarşılıqlı xidmətlər dövriyyəsinin 26.7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, ümumi dəyəri 1.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 63.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788.9 milyon dollar qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 460.6 milyon dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 23.3%, idxalı isə 4.9% artıb. Nəticədə, nəqliyyat xidmətləri üzrə profisit 17.8% artaraq 328.3 milyon dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 278.7 milyon dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti