...

Cəbrayılda 12 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək

Cəmiyyət Materials 19 İyun 2025 13:55 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend?

Qız qalası su anbarı ilə Cəbrayıl rayonunda 12 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və Araz çayı boyunca yerləşən ərazilərdə 252 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, magistral kanalın uzunluğu: 52 kilometr, suburaxma qabiliyyəti: saniyədə 50 m3/san olacaq:

"Layihənin icrası ilə Cəbrayıl rayonunda 12 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək və Araz çayı boyunca yerləşən ərazilərdə, o cümlədən Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılacaq.

Texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanması tamamlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti