Kahramanmaraş. Trend:
Qardaşlığımız davam etdiyi müddətcə hər sahədə birgə əməkdaşlığımız davam edecek
Trend xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
"Qardaşlığımız davam etdiyi müddətcə hər növ iş birliyimiz davam edəcək", - o əlavə edib.
İran-İsrail münaqişəsi fonunda sərhəddə təhlükəsizliklə bağlı sualı cavablandıran nazir qeyd edib ki, belə təhlükə mövcud deyil:
"Sadəcə, təhlükəsizlik tədbirlərini yoxlayırıq".
O qeyd edib ki, müdafiə sənayesində Azərbaycan-Türkiyə arasında əməkdaşlıq davam edir.