...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 19 İyun 2025 23:44 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Trend xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat verib.

Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər lenti

Xəbər lenti