...

"Napoli" yarımmüdafiəçi üçün 30 milyon avro təklif etdi

İdman Materials 20 İyun 2025 05:01 (UTC +04:00)
"Napoli" yarımmüdafiəçi üçün 30 milyon avro təklif etdi

Bakı. Trend:

"Napoli" Metyu O'Raylini transfer etmək üzərində çalışır.

Trend xəbər verir ki, "Sky Sports"un məlumatına görə, İtaliya çempionları 24 yaşlı yarımmüdafiəçi üçün "Brayton"a 30 milyon avro təklif ediblər. Danışıqlar davam edir.

Danimarka millisinin üzvü olan O'Rayli ilə "Atalanta" və "Roma" da uzun müddətdir maraqlanır.

Qeyd edək ki, O’Rayli 2024/25 mövsümündə Premyer Liqada 21 oyun keçirib və 2 qol vurub.

Xəbər lenti

Xəbər lenti