...

Çindən Azərbaycana Türkmənbaşı limanı vasitəsilə ilk beynəlxalq marşrut işə salınıb

İqtisadiyyat Materials 20 İyun 2025 11:48 (UTC +04:00)
Çindən Azərbaycana Türkmənbaşı limanı vasitəsilə ilk beynəlxalq marşrut işə salınıb
Aman Bakiyev
Aman Bakiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Şərqində yerləşən Tzinxua şəhərində Azərbaycana (Türkmənbaşı limanı vasitəsilə) ilk yük qatarı yola salınıb. Bu hadisə yeni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəsmi açılışını qeyd edir.

Bu barədə Trend Türkmənistanın Nəqliyyat və Kommunikasiya Agentliyinə istinadən xəbər verir.

100 standard konteynerdən ibarət olan heyətdə geyim, aksessuarlar, metal ehtiyat hissələri və digər məhsullar daşınır. Türkmənbaşı limanına çatdıqdan sonra yüklər dəniz yolu ilə Azərbaycanın Bakı limanına çatdırılacaq

Marşrut regionun əsas nəqliyyat qovşaqlarından – Çin-Qazaxıstan sərhədində yerləşən Xorqos gömrük-keçid məntəqəsi, eləcə də Almatı, Daşkənd və Aşqabad kimi iri şəhərlərdən keçir.

Yeni marşrutun istifadəyə verilməsinin Aktau–Bakı logistika xəttinin yüklənməsini azaldacağı və Çin məhsullarının Mərkəzi Asiya və Mərkəzi-Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirəcəyi gözlənilir.

Qeyd edək ki, bu marşrut Çjetszyan vilayəti tərəfindən “Çin–Avropa” təşəbbüsü çərçivəsində təşkil olunan 26-cı beynəlxalq dəmir yolu xəttidir.

Onu da nəzər çatdıraq ki, Avropa İttifaqı Türkmənbaşının limanına xüsusi önəm verir. Türkmənistana səfəri zamanı Avrokomissar Yozef Sikela limanı Avropa ilə Asiyanı birləşdirən əsas qovşaq adlandırıb: “Bu dəhliz yüklərin Avropaya çatdırılma vaxtını təxminən 15 günə endirəcək, yeni iş yerləri və investisiya imkanları yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti